“The Washington Post” qəzeti ili 100 milyon dollar zərərlə başa vuracaq
ABŞ-nin “The Washington Post” nəşri ili 100 milyon dollar zərərlə başa vuracaq və çox güman ki, işçilərini 10 % ixtisar edəcək.
Valyuta.az xəbər verir ki, bu barədə qəzet özü məlumat yayıb.
Bildirilib ki, nəşr 100 milyon dollarlıq itki fonunda işçilərinin təxminən 10 %-ni ixtisar etməyi də planlaşdırır. Ümumilikdə, redaksiya 940-a qədər jurnalisti ixtisar edəcək.
İşçi qüvvəsinin ixtisarı adətən müəyyən bir müddət üçün müavinətlər və ödənişləri ehtiva edən satınalma paketi səbəbindən baş verəcək.
Bundan əlavə, “The Washington Post”un yeni baş direktoru var – Uilyam Lyuis. O, “Dow Jones”un keçmiş baş icraçı direktoru və “The Wall Street Journal”ın naşiri.
Lyuis 2024-cü il yanvarın 2-də vəzifəsinə başlayacaq və iyun ayında müvəqqəti icraçı direktor olmuş Petti Stounsayferi əvəz edəcək. “The Washington Post” “Amazon”un qurucusu Ceff Bezosa məxsusdur.
Qeyd olunub ki, “The Washington Post”un gəlirinin böyük hissəsi indi nəşrin təxminən 2,5 milyon abunəçisi olan rəqəmsal biznesindən əldə edilir.
©Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay