Dörd autsayder bankların, medianın və hökumətin etməkdən çəkindiyi işi görür – Biznes filmləri
Valyuta.az həftə sonu izləmək üçün biznes təcrübələrini özündə əks etdirən filmləri təqdim edir. Bu həftə üçün seçimimiz Rayan Qoslinq, Bred Pitt, Kristian Beylin rollarda olduğu “Böyük çatışmazlıq” (Too big short) filmidir. Film Maykl Lyuisin bestseller kitabı və gerçək hekayəsi əsasında çəkilib.
“Too big short” 2015-ci ildə Adam Makkainin rejissorluğu ilə çəkilib. Amerika bioqrafik cinayət komediya-dram filmidir. Filmdə dörd autsayder böyük bankların, medianın və hökumətin etməkdən çəkindiyi işi görür. İqtisadiyyatın qlobal çöküşü üçün onların bir fikri var idi: böyük çatışmazlıq. Bu ideya onları müasir bankçılığın qaranlıq, həssas küncünə aparacaq, burada onlar hər şeyi və hər kəsi sorğu-sual etməlidirlər.
Maliyyə alətlərini izah etmək üçün filmdə aktrisa Margot Robbie, aşpaz Anthony Bourdain, müğənni-bəstəkar Selena Gomez, iqtisadçı Richard Thaler epizod rollarda oynayırlar. Filmin bir neçə personajı birbaşa tamaşaçılara, ən çox da hekayəçi kimi xidmət edən Qoslinqə müraciət edir.
Kommersiya uğuru olan film 50 milyon dollarlıq büdcə ilə 133 milyon dollar gəlir əldə etdi.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay