“Cola”nın “Pepsi”dən üstün olmasının səbəbi
Bu rüb də fərqli deyil. “Cola”nın 242 milyard dollarlıq bazar dəyəri “Pepsi”ni təxminən 20 milyard dollar geridə qoyur.
“Cola”nın ümumi həcmi üçüncü rübdə 2% artdı, “Pepsi” isə içkilər və qida həcmində 1,5% azalma olduğunu bildirdi. Şimali Amerikada iki müəssisə arasındakı fərqlər daha da kəskin idi.
“Pepsi”nin Şimali Amerika içki bölməsinin həcmi 6% azaldı.
“Cola”nın “Pepsi”dən üstün olmasına kömək edən amillər isə “Coca-cola”nın biznes strategiyası və qiymətlərlə bağlı siyasətidir.
Qiymət strategiyası
“Cola” 2021-ci ilin yazında qiymətləri artırmağa başladı. “PepsiCo” həmin yay öz qiymət artımlarına başlayaraq onun liderliyini izlədi.
İki ildən çox vaxt keçdikdən sonra hər iki şirkət yüksək qiymətlərin satışları artırdığını bildirdi.
“Pepsi” bu ilin əvvəlində qiymət artımlarını dayandırdı.
Daha yaxşı brendlər
“Coca-Cola” həm də içkiləri ilə alıcıları fəth edir, “Pepsi” isə “Gatorade” kimi soda olmayan bəzi brendlərini canlandırmağa diqqət yetirir.
İçki biznesi zəiflədikdə, “Pepsi” adətən “Cheetos”, “Doritos” və digər qəlyanaltıların daxil olduğu “Frito-Lay” bölməsi ilə xilas olur. Lakin “Frito-Lay”in ikirəqəmli qiymət artımı fonunda alıcılar daha ucuz seçimlərə gedir.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay