Məşhur müğənni 33 yaşında milyarder oldu
ABŞ-dən olan 33 yaşlı məşhur pop ulduz Teylor Svift milyarderlər siyahısına daxil edilib.
Valyuta.az xəbər verir ki, "Bloomberg" məşhur müğənninin milyarder olduğunu açıqlayıb. Milyerderlər İndeksinə görə, Sviftin martın 17-də ABŞ-ın Arizona ştatının Qlendeyl şəhərində başlayan Eras turunun ona kiçik ölkələrin iqtisadiyyatına bərabər gəlir əldə etməyə imkan verdiyi bildirilib. Xəbərdə bu tur sayəsində Sviftin sərvətinin 1,1 milyard dollara yüksəldiyi deyilib.
Aparılan araşdırmada Sviftin ABŞ iqtisadiyyatının canlanmasına da kömək etdiyi və hesablamalara görə gənc müğənninin bu il ölkədə verdiyi 53 konsertin ümumi daxili məhsula 4,3 milyard dollar əlavə etdiyi bildirilib.
Yalnız musiqisi və səhnəsi ilə bu statusu qazanan nadir insanlar arasında musiqi aləmindən çox az ad milyarderlər siyahısına düşüb. Bunlara Rihanna, Cey Z və Beyonse daxildir. "Bloomberg"ə görə, Svift də təxminən 20 illik karyerasında nadir bir məqama - milyarder statusuna çatıb. Digər tərəfdən, sənətçi təkcə konsert verdiyi böyük stadionlarda deyil, kinoteatrlarda da ciddi gəlir əldə edib. AMC-nin məlumatına görə, Sviftin "Taylor Swift: The Eras Tour" adlı konsert filmi nümayiş olunduqdan sonra ABŞ və Kanadada 96 milyon dollar gəliri əldə edərək rekord qırıb.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay