Məşhur basketbolçu da milyarderlər sırasına daxil edildi
Məşhur basketbolçu Maqiç Consonun da milyarder olduğu açıqlanıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. 64 yaşlı təcrübəli oyunçunun 1,2 milyard dollar sərvətinin olduğu bildirilir. Consonun sərvətinin böyük hissəsi Ayova ştatında səhiyyə xidməti göstərən "EquiTrust"dan gəlir. Basketbolçu 2015-ci ildə bu şirkətin səhmlərinin 60 faizini alıb. Şirkətin illik gəliri təxminən 2,6 milyard dollardır.
Basketbolçu eyni zamanda NBA-nın qadınlar liqasının, Amerika Milli Beysbol Liqasında (MBL) "Los Anceles Dodgers" və MLS-də mübarizə aparan "Los Anceles"in tərkibinə daxil olan "Los Angeles Sparks"ın (Los Angeles Sparks) səhmdarıdır.
13 mövsüm NBA-da oynayan Consonun, həmçinin Los Anceles, Atlanta, Hyuston və Nyu York kimi şəhərlərdə əsasən qaradərililərin yaşadığı bölgələrdə açılan "Starbucks franchise"də, həmçinin fərqli kinoteatrlarda payları var.
"Forbes"in məlumatına görə, Conson NBA əfsanələri Maykl Cordan, LeBron Ceyms və məşhur qolfçu Tayqer Vudsdan sonra milyarderlər kateqoriyasına daxil olan dördüncü idmançı ünvanına yiyələnib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay