“Məktəbə getmək üçün qanını satırdı, bu gün sərvəti 3,3 milyard dollardır”
“Starbucks” 1971-ci ildə biri ingilis dili, biri isə tarix müəllimi olmaqla iki müəllim və bir yazıçı tərəfindən yaradılıb. Onların məqsədi qətiyyən kommersiya deyil. Onların yalnız bir səbəbi var. Onlar qəhvəni sevirlər və Sietlın da yaxşı qəhvəyə çıxışı olmasını istəyirlər.
“Starbucks” əfsanəsinin arxasında bu üç tərəfdaşın görmə qabiliyyəti və inadkarlığı deyil, əslində plastik mətbəx əşyaları satan Hovard Şults var. Valyuta.az bu gün dünyanın ən böyük satış şəbəkələrindən biri olan “Starbucks” və onun qurucusu Hovard Şultsun hekayəsizini sizlərlə paylaşır.
“Uğurumuzun açarı işimizi ürəyimizlə yerinə yetirməkdədir. Biznes tərəfdaşlarım və mən hər qəhvə fincanına ürəyimizi tökürük...”
Hovard Şults Bruklində kasıb bir ailədə böyüyüb. O, Miçiqan Universitetinə futbol təqaüdü ilə daxil olub. Ancaq yalnız birinci il oynadıqdan sonra futbolu tərk edir və universitet xərclərini ödəmək üçün işə başlayır. Hətta bəzən məktəbə getmək üçün qanını da satır. Hazırda isə onun sərvəti 3,3 milyard dollardır.
1975-ci ildə universiteti bitirir. Miçiqandakı ilk qısa iş təcrübəsindən sonra “Xerox” şirkətində (Nyu-York) satış nümayəndəsi kimi işləməyə başlayır. Burada satış təcrübəsi qazanır və mətbəx əşyalarının satışı ilə məşğul olan Hammerplast adlı İsveç şirkətinə keçir. Qısa müddətdə o, şirkətdə yüksək vəzifəyə qalxır.
Bu günə qədər hekayədə qəhvə haqqında ən kiçik bir şey belə yoxdur. Lakin Şults və “Starbucks” yollarını kəsişdirən hadisələr bundan sonra başlayır. Sietldən kiçik bir şirkətin eyni tipli filtrli qəhvə avadanlığından çoxlu miqdarda sifariş verməsi Şultsun diqqətini çəkdi. İsveç dizaynlı mətbəx texnikasının baş meneceri kimi o, Nyu-Yorkdan Sietla səyahət etmək və sifariş verən kiçik şirkətlə tanış olmaq istəyir. Bir daha həyatından çıxmayacaq “Starbucks” adını ilk dəfə elə o zaman eşidir.
O vaxt “Starbucks” əslində indikilərdən çox fərqli idi. Onlar yalnız yaxşı qovrulmuş qəhvə toxumlarını satırdılar. Onların müştəriləri ilə çox sıx əlaqəsi vardı. Onlara yaxşı qəhvə hazırlamağı öyrədirlər və evdə hazırlamaq üçün müxtəlif qəhvə toxumlarından satırdılar. Müştəri münasibətlərinə böyük əhəmiyyət verirdilər və sahib olduqları 4 mağazada müştərilərə qəhvə ilə yeni təcrübələr yaşamağa kömək edirdilər.
Ziyarətə getdiyi “Starbucks”a ilk girdiyi zaman onu vuran qəhvənin qoxusu, ya da ilk içdiyi Sumatra qəhvəsinin kəskin dadı idi, amma qəhvə Şultsun həyatına elə həmin ilk səfərdən daxil olub. Şults tərəfdaşlarla görüşməkdən və onlardan qəhvə və “Starbucks” haqqında əsl hekayəni eşitməkdən valeh olur. Nyu-Yorka qayıdarkən, o, bu hekayənin bir hissəsi olmağa qərar verir.
O, prestijli karyerasını, illik 75.000 dollar gəlirini, şirkət avtomobilini, yaşadığı şəhəri, bir sözlə, demək olar ki, hər şeyi qurban vermək riskini gözə alır və bir ildən çox partnyorlarını “Starbucks” komandasının bir hissəsi olmağa razı salmağa çalışır. Çünki qurduqları şirkətin ruhunu tam şəkildə qəbul edən mühafizəkar tərəfdaşlar Şultsun “Starbucks”ı genişləndirmək planlarına tərəddüdlə yanaşırlar. Əslində partnyorların Şultsa ilk cavabı “Xeyr” olur. Rədd alsa da, israra davam edən Şults, sonda onları razı salır və Sietla köçür, şirkətdə marketinqdən məsul meneceri olaraq işə başlayır.
Hovard Şults “Starbucks” ilə ilk tanış olduğu gündən yaxşı qəhvənin təkcə məhdud dairələrə deyil, bütün Amerikaya təklif edilməli olduğuna inanır və bunun üçün planlar qurur. Lakin şirkətə qoşulduqdan bir il sonra İtaliyaya etdiyi işgüzar səfəri bu planları daha yüksək səviyyəyə qaldırdı və bugünkü “Starbucks”ın əsasını təşkil edən ideyaların ilk qığılcımlarına səbəb oldu.
Həqiqətən də, Şults İtaliyada gördüyü və yaşadığı qəhvə mədəniyyətindən çox təsirlənir. O, onlarla kiçik mağazaya girir, “Espresso” qəhvəsinin dadına baxır və qəhvəyə bürünmüş yerlərin sehrini araşdırır. “Espresso” ilə hələ tanış olmayan Amerikada “Starbucks” üçün böyük imkanların ola biləcəyini düşünərək Sietla qayıdır. Şults bunu İtaliyada gördü və “Starbucks”da tətbiq etdi.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay