BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8293
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1332

Aşağı qazancı olan insanlar bilməlidirlər ki, dərhal böyük miqyasda vəsait toplamağın yolu yoxdur, bu, monoton və ardıcıl işdir.

Bu barədə rusiyalı iqtisad elmləri namizədi və maliyyə analitiki Mixail Belyayev danışıb.

O, pula ən effektiv şəkildə qənaət etməyin yollarını açıqlayıb.

10 faiz qaydası

İqtisadçı bildirib ki, pul toplamaq üçün istənilən gəlirin 10 faizini ayırıb xüsusi hesaba (kassaya) qoymaq lazımdır. Özü də bu, maaşı alan kimi həyata keçirilməlidir, ayın sonunda nə qalacağı gözlənilməməlidir.

“Bu, vergilər, mənzil pulu kimi zəruri ödəniş olmalıdır”, - deyə o vurğulayıb.

Xərclərin rasional planlaşdırılması

Ekspert bildirib ki, pul rasional xərclənməlidir:

“Bu o demək deyil ki, özünüzü asket vəziyyətinə kimi sıxmaq lazımdır, ancaq sizin üçün nəyin əhəmiyyətli, nəyin əhəmiyyətsiz olduğuna diqqət etməli və anlıq şıltaqlıqların təsiri altında baş verən emosional alışlardan çəkinməlisiniz”.

O, xərcləri zamana uyğunlaşdırmağın vacibliyindən də danışıb:

“Deyək ki, sizin bir neçə məişət texnikanız son dövrlərini “yaşayır”. Gəlirinizə uyğun və heç bir əlavə xərclərinizin çıxmayacağı ən sərfəli anı tutmalısınız”.

İqtisadçı, həmçinin, vergi endirimləri ilə bağlı məlumatların öyrənilməsini və bütün mümkün endirimlərdən yararlanmağı tövsiyə edib.

“Güzəştlər kiçik ola bilər, amma deyək ki, beş güzəştdə bunu artıq hiss edə bilərsiniz”, - deyə o vurğulayıb.

Yatırım

Ekspert bildirib ki, artıq bir növ “yastıq” formalaşandan sonra onu dərhal gəlir gətirən aktivə çevirmək, ya da ən azı bankda əmanət kimi qoymaq olar.

“Kiçik bir faiz də olsa, yenə də faiz, bir növ, gəlirdir. Maliyyə savadını bir az da mənimsədikdə digər vasitələrdən istifadə edə bilərsiniz, məsələn, ən azı fərdi investisiya hesabları vasitəsilə qiymətli kağızlar bazarında əməliyyatlara cəlb oluna bilərsiniz”, - deyə ekspert sözlərini yekunlaşdırıb.//oxu.az


 

Son xəbərlər

"Realme" yeni smartfonunu təqdim etdi (FOTO)

Yaponiya Rusiyaya kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

“Rotary Motors”a protokol yazıldı

Yeni "Moskvich" belə olacaq - Qiyməti açıqlandı

"Google" irqçilikdə ittiham olunur

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

Reklam haqqında qanunu pozan şirkətə protokol yazıldı

Dövlət qurumu məhkəməyə verildi

"Tesla"nın 25 min dollarlıq avtomobili yeni zavodda istehsal olunacaq

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatdı

“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilər

“Zəlzələnin həyət və bina evlərinin qiymətlərinə hər hansı təsiri olmayacaq”

“Az Texnika LTD” məcburi auditdən yayınmaqda ittiham edilir

“Technoak”a qarşı ittiham

"Apple"ın dəyəri rekord dərəcədə artdı

Rusiya ilə neft tədarükü haqqında sazişə dəyişiklik: Qazaxıstan parlamenti qanunu təsdiqlədi

Şəki Mərkəzi Xəstəxanası köhnə avtomobillərin təmirinə 45000 manat xərcləyəcək

Türkiyə və Türkmənistan türkmən qazının İran vasitəsilə nəqlini müzakirə edir

“Azərtütün” məhkəməyə verildi

Keçmiş işçisi Neftçilər Xəstəxanasını məhkəməyə verdi

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yeni rüsumlar müəyyənləşir

Azərbaycanda bu il turizmin inkişafı üçün görülmüş işlər açıqlanıb

Bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Seymur Orucov Köhnəqışlaq kəndində səyyar qəbul keçirdi (FOTO)

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bütün xəbərlər