BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

Elmi adı "Allodiplogaster sudhausi" olan bir soxulcan növünün qida mənbələrinin azalması səbəbindən stresə məruz qaldıqda ətrafındakı öz növünə aid olan canlıları yediyi müəyyənləşib. 

Valyuta.az xəbər verir ki, Almaniyanın Maks Plank İnkişaf Biologiyası İnstitutu, ABŞ-ın İndiana Universiteti və Yaponiyadakı Meşə və Meşə Məhsulları Araşdırma İnstitutunun tədqiqatçıları bu kiçik canlıları ətraflı şəkildə araşdıraraq, onların nəhəng ağızlarının olduğunu müəyyən ediblər. Araşdırmaçılar bu qurdlarda nəhəng ağızların inkişafının stresə cavab ola biləcəyini düşünür.

"Nematodlar" (yaxud dəyirmi qurdlar) adlanan bu cür canlı qruplarında müəyyən qidaları yedikdə ikinci ağızlarının göründüyü bilinirdi. Ancaq tək, özü də nəhəng bir ağız görmək tədqiqatçılar üçün sürpriz olub. Araşdırmada bu qurdcuqlara bakteriya və göbələklərdən ibarət qidalar verilib. Təcrübələr zamanı yetkin qurdlarda üç fərqli ağız formasının meydana gəldiyi, bu transformasiya qabiliyyətinin canlıların bütün genomunun ikinci bir surətinə sahib olmasına bağlılığı müəyyənləşib. "Bütün genin surəti" adlanan bu proses nematodlara özlərini dəyişdirmək üçün əlavə çeviklik verir. Digər tərəfdən, qurdların necə və niyə "Yamyam" rejiminə girdiyini anlamaq üçün daha çox araşdırmaya ehtiyac duyulur. 

Qida qıt olduqda bu qurdların ətrafındakıları fərq etmədən yediyi bildirilir.

Elmir

Son xəbərlər

Əzmkarlıq nümunəsi - “Harri Potter”in müəllifinin hekayəsi

Şirkətlər heyvanları sığortalamaqdan niyə boyun qaçırırlar?

Məmur oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Sosial problemlər, kənar müdaxilələr... - Ailələr niyə dağılır?

Azərbaycanda meyvə-tərəvəz məhsulları niyə brendləşdirilmir?

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Nazirlər Kabineti büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar verdi

Jurnalistə yeni vəzifə verildi

Əsil biznes lanç necə olur?

Təhsil Şöbəsinə yeni müdir təyin edildi

Nazirdən yeni təyinat (FOTO)

"Kirayə tutub, adıma şirkətlər açdılar" - Milyonlarla manat borcu olan sahibkar hansı məmura bağlıdır?

Prezident tapşırıq verdi, Qarabağla bağlı İşçi qrup yaradıldı

Bazar gününün hava proqnozu

Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət xətti ilə neçə mənzil kirayə verilib?

Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı

Azərbaycan Cənubi Koreya şirkətlərilə "ağıllı kənd təsərrüfatı" ilə bağlı memorandum imzalayıb (FOTO)

Bütün xəbərlər