BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

Marko Verrattidən sonra PSJ-nin daha bir futbolçusu Qətərə yollanır.

Valyuta.az xəbər verir ki, Yulian Draksler də ərəb təmsilçisi ilə anlaşıb. Futbolçu "Al-Ahli" ilə razılığa gəlib. "SkySport"un məlumatına görə, alman futbolçu "Al-Ahli"nin təklifini qəbul edib və sənədləri imzalamaq üçün həftəsonu Dohaya gedəcək. Drakslerin yeni klubu ilə ikiillik müqavilə imzalayacağı gözlənilir. 

Hazırda bazar dəyəri cəmi altı milyon avro olan cinah oyunçusu üçün PSJ-nin 20 milyon avro qazanacağı gözlənilir. Draksler yeni klubu ilə anlaşacağı təqdirdə karyerası ərzində 100 milyon avrodan çox qazanan üçüncü alman futbolçu olacaq. 

Almaniya millisinin heyətində DÇ-2014-ün qalibi olan futbolçu üçün bu karyerasının son müqaviləsi ola bilər. 29 yaşlı futbolçu "Kristel Pelas"dan təklif alsa da razılaşma əldə olunmayıb. Ötən il "Benfika"da icarə əsasında oynayan futbolçu zədələr səbəbindən çox şans qazana bilmədiyindən bazar dəyəri cəmi altı milyon avroya düşmüşdü. 

Yaranmış vəziyyətdən istifadə edən PSJ-nin yeni oyunçulara 350 milyon avro xərclədikdən sonra, Drakslerin transferindən sonra 2023/2024 mövsümündəki ümumi gəlirlərinin 214 milyon avroya qədər artacağı gözlənilir. Draksler transferi tamamlandıqdan sonra PSJ ərəb klublarından ümumilikdə 178 milyon avro qazanmış olacaq. Fransızlar Drakslerdən başqa, Verratti və Abdou Diallonu Qətərə satmaqla 80, Neymarla Corcinio Viynaldumu isə Səudiyyə Ərəbistanı Pro Liqasına göndərməklə 98 milyon avro qazanıb. Bu da klubun Maliyyə Feyr-Pleyi ilə bağlı mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmış olur.

Elmir

Son xəbərlər

Əzmkarlıq nümunəsi - “Harri Potter”in müəllifinin hekayəsi

Şirkətlər heyvanları sığortalamaqdan niyə boyun qaçırırlar?

Məmur oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Sosial problemlər, kənar müdaxilələr... - Ailələr niyə dağılır?

Azərbaycanda meyvə-tərəvəz məhsulları niyə brendləşdirilmir?

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Nazirlər Kabineti büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar verdi

Jurnalistə yeni vəzifə verildi

Əsil biznes lanç necə olur?

Təhsil Şöbəsinə yeni müdir təyin edildi

Nazirdən yeni təyinat (FOTO)

"Kirayə tutub, adıma şirkətlər açdılar" - Milyonlarla manat borcu olan sahibkar hansı məmura bağlıdır?

Prezident tapşırıq verdi, Qarabağla bağlı İşçi qrup yaradıldı

Bazar gününün hava proqnozu

Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət xətti ilə neçə mənzil kirayə verilib?

Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı

Azərbaycan Cənubi Koreya şirkətlərilə "ağıllı kənd təsərrüfatı" ilə bağlı memorandum imzalayıb (FOTO)

Bütün xəbərlər