Tanıdığımız ASC, QSC, MMC, MMMC-lərin mənaları

Redaktor

12.09.2023 18:00
6,544

Tanıdığımız ASC, QSC, MMC, MMMC-lərin mənaları

Öz işlədiyimiz qurumların, tez-tez xəbərlərdərast gəldiyimiz irili, xırdalı şirkətlərin, zavodların adlarının sonunda gördüyümüz ASC, QSC, MMC, MMMC nə deməkdir? 

Valyuta.az həmin ifadələrin açılışını təqdim edir:

Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) - bir və ya bir neçə şəxs (fiziki şəxs və ya hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyətdir. Ticarətlə məşğul olan, xidmət göstərən, məhsul istehsal edən istənilən kommersiya müəssisəsi MMC adlanır. 

MMC-nin təsisçiləri müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları investisiya dəyəri həddində risk daşıyırlar. Başqa sözlə, əgər iştirakçı nizamnamə kapitalına 1000 manat yatırıbsa, onun məsuliyyəti də məhz bu məbləğlə məhdudlaşır. MMC-nin fəaliyyəti zamanı əldə edilən qazanc onu təsisçiləri arasında nizamnamə kapitalındakı paya mütənasib olaraq bölünür. MMC-lərin fəaliyyəti Mülki Məcəllə əsasında tənzimlənir

Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) - çoxmənzilli binaların idarə edilməsi üçün bina sakinlərinin (binanın sahə mülkiyyətçilərinin) könüllü birliyidir. MMMC qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. 

MMMC-lərin fəaliyyəti əsasən Mənzil Məcəlləsi əsasında tənzimlənir. Qanunvericiliyə əsasən çoxmənzilli bina sakinləri MMMC yaradaraq binanın idarə edilməsi məsuliyyətini birbaşa öz üzərlərinə götürürlər. MMC-lərdən fərqli olaraq MMMC-lər kommersiya fəaliyyəti göstərsələr də, əldə edilən gəlir bölüşdürülmür, ancaq nizamnamə fəaliyyətinə yönəldilir.

Açıq Səhmdar Cəmiyyət (ASC) - Səhmləri müstəqil surətdə özgəninkiləşdirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyəti hesab edilir. Bu səhmdar cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışını həyata keçirir, yəni onların sərbəst satışını həyata keçirir. ASC-də səhmlərə abunə yazılışı təsisçilər tərəfindən müəyyən edilir, cəmiyyət səhmlərini bilavasitə özü, bank və ya birja vasitəsilə sata bilər. 

Səhmlərə abunə yazılışı kütləvi informasiya vasitələrində elan olunmalıdır, abunə yazılışının müddəti 6 aydan çox olmamalıdır. ASC illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istista olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur.

Qapalı Səhmdar Cəmiyyət (QSC) - Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərinin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilə bilən cəmiyyət QSC hesab edilir. QSC-nin səhmlərini yalnız təsisçilər arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayıla bilər. QSC buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə etmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz. QSC-nin səhmləri təsisçilər arasında bağlanmış müqaviləyə uyğun olaraq əldə edilir.

QSC-lərdə səhmdarların sayı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş həddi keçməməlidir, əks halda o, 1 il ərzində ASC-ə çevrilməli, bu müddət bitdikdən sonra isə əgər onların sayı azaldılıb müəyyənləşdirilmiş həddə endirilməzsə, məhkəmə qaydasında ləğv edilməlidir.

QSC-lərin iştirakçılarının say həddi 50 fiziki və hüquqi şəxlərdən ibarət müəyyən edilib. QSC-nin nizamnamə kapitalının minimal həddi 2000 manatdır. Mülki Məcəllənin 100.3-cü maddəsinə əsasən, cəmiyyət illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün dərc etdirməlidir.

QSC-nin səhmdarları həmin cəmiyyətin digər səhmdarlarının satdıqları səhmləri əldə etməkdə üstünlük hüququna malikdirlər. Əgər səhmdarlardan heç biri cəmiyyətin nizamnaməsində nəzərdə tutulan müddətdə, lakin satış elan olunduğu tarixdən etibarən 30 gün ərzində özünün üstünlük hüququndan istifadə etməzsə, sonrakı 30 gün ərzində səhmdar cəmiyyəti həmin səhmləri onların mülkiyyətçisi ilə razılaşdırılmış qiymətə əldə edə bilər. 

Səhmdar cəmiyyəti səhmləri əldə etməkdən imtina etdikdə və ya onların qiymətinə dair razılığa gəlinmədikdə, səhmlər üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Bu zaman səhmin satış qiyməti səhmdara və ya səhmdar cəmiyyətinə təklif edilən qiymətdən aşağı olmamalıdır. Əgər nizamnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, qapalı səhmdar cəmiyyətinin səhmləri səhmdar olan fiziki şəxsin vərəsələrinə və ya hüquqi şəxsin hüquqi varisinə keçir.

Davud

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...