BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8293
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1332

Əmək müqaviləsi ilə çalışan işçinin gördüyü işin müqabilində əldə etdiyi əməkhaqqı müxtəlif formada hesablanıb ödənilə bilər. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov həmin ödəniş və hesablama qaydalarını şərh edib:

Əmək Məcəlləsinin 157-ci maddəsində əməyin ödənilməsi sistemi və növləri nəzərdə tutulub. Həmin maddənin 1-ci bəndinə əsasən, işçilərin əməyi müvafiq sistemlər üzrə ödənilir: vaxtamuzd; işəmuzd; digər sistemlər.

Vaxtamuzd əməkhaqqı - müəyyən olunmuş vaxt çərçivəsində göstərilən əmək münasibətlərinə görə ödənilən əməkhaqqıdır. Təcrübədə buna 9-dan 6-ya və ya fərqli vaxt çərçivəsində aylıq əməkhaqqı alan işçilərin əməkhaqqı ödənilmə sistemi nümunə göstərilə bilər. Bu zaman istehsal edilən və ya görülən işin həcmindən asılı olmayaraq, tarif maaşının iş günlərinin sayına vurulması yolu ilə əməkhaqqı hesablanır.

Misal 1: İşçinin aylıq əməkhaqqı məbləği 500 manatdır. İşçi nəzərdə tutulmuş gündəlik 8 saatlıq iş vaxtı normasını tam işləyibsə, həmin ay əməkhaqqını tam formada alacaq, hər hansı bir ayda müəyyən səbəbdən işdə olmayıbsa, əməkhaqqını da buna uyğun formada alacaq. Fərz edək ki, işçi bir ayda 5 gün işdə olmayıb. Həmin ayda iş günlərinin sayı 22 iş günü olarsa, bu zaman işçi 386.41 manat əməkhaqqı alacaq:

500 : 22 = 22.73 manat;
22 - 5 = 17 iş günü:
22.73 x 17 = 386.41 manat.

Bu, vaxtamuzd əməkhaqqı adlanır.

Əmək Məcəlləsinin 102-ci maddəsinə əsasən, işəgötürən faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotu tabel vasitəsilə aparılır.

Misal 2: İşçi ilə çalışacağı hər saata görə 10 manat məbləğində əməkhaqqı ödənilməsi ilə bağlı əmək müqaviləsi bağlanılıb. İşçi cari ay ərzində 100 saat çalışıbsa, alacağı əməkhaqqı 1000 manat olacaq:

100 x 10 = 1000 manat.

Bu, əməkhaqqının vaxtamuzd ödənilməsi hesab edilir.

İşəmuzd əməkhaqqı dedikdə, işçinin yerinə yetirilən işin həcminə görə alacağı əməkhaqqı nəzərdə tutulur. Vaxtamuzd əməkhaqqından fərqli olaraq, bu halda iş vaxtı yox, istehsal edilən məhsulun miqdarı və ya görülən işin həcmi əsas götürülür.

Əmək Məcəlləsinin 149-cu maddəsində əməyin işəmuzd qiymətlərinin müəyyən edilməsi əksini tapıb. Əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilməsi dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir.

İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər. Gündəlik tarif (vəzifə) maaşları, (saatlıq tarif maaşları) əməyin ödənilmə dərəcəsinə uyğun olan aylıq tarif (vəzifə) maaşının aylıq iş günü (aylıq iş saatı) normasına bölünməsi yolu ilə tapılır. Əməyin ödənilməsinin işəmuzd formasında iş vaxtının uçotundan əlavə, istehsal edilən məhsulun və ya görülən işin miqdarının uçotu aparılmalı və gündəlik işçi tərəfindən imzalanmalıdır.

Misal 3: Fərz edək ki, mebel istehsalı fabrikində çalışan rəngsaz yalnız stulların rənglənməsindən məsuldur və tarif maaşı 300 manat müəyyən olunub. Müəssisənin iş vaxtı həftədə 5 gün 8 saat olmaqla müəyyənləşdirilib. Aylıq iş günlərinin sayı 22-dir. Rəngsazın gündəlik norması 10 ədəd stulun rənglənməsidir. Bu zaman rəngsazın rənglədiyi bir məhsula görə qazanc 1.36 manat olacaq:

300 : 22 (iş günü) = 13.63 manat;
13.63 : 10 = 1.36 manat.

İşçinin aylıq hasilat norması 220 ədəd stulun rənglənməsidir:

22 x 10 = 220 ədəd.

Ay sonunda işçinin 270 ədəd stul rənglədiyi məlum olarsa, bu zaman əməkhaqqı 367.2 manat olacaq:

270 x 1.36 = 367.2 manat.

Əməyin ödənilməsinin işəmuzd formasında hasilat normaları müəyyən edilməlidir. Əmək Məcəlləsinin 147.4-cü maddəsinə əsasən, hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əməkhaqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın. Bağlanmış əmək müqaviləsində əməyin ödənilmə sistemi işəmuzd nəzərdə tutulubsa, o zaman elektron informasiya sistemində işçinin vəzifə maaşı hissəsində işəmuzd işçi üçün nəzərdə tutulmuş tarif maaşı qeyd olunacaq.

Ümumiyyətlə, əksər müəssisələrdə əməkhaqqı sistemi elə qurulur ki, işçi təkcə vəzifə maaşına bağlı olmasın. Əmək məhsuldarlığının və ya işin səmərəliliyinin artırılması məqsədilə müəyyən mükafat sistemi nəzərdə tutulur. Vaxtamuzd əməkhaqqı formasında tarif maaşından əlavə mükafat sistemi olur. Bəzi fəaliyyət növlərində bu mükafat sistemini qurmaq faydalı olmur və işəmuzd formada rəsmiləşdirmək işçilərin əmək məhsuldarılığının artırılmasına hədəflənir. İşəmuzd əməkhaqqı formasında müəyyən edilən hasilat nomrasının yerinə yetirilməməsi işəgötürən ucbatından baş verirsə, işin olub-olmamasından asılı olmayaraq, işçi gündəlik iş vaxtını işdə olursa, ona tarif maaşından az olmamaqla əməkhaqqı verilməlidir.

İşəmuzd əməkhaqqı formasında qeyd etdiyimiz kimi, işçinin müəyyən olunmuş dərəcələr üzrə istehsal etdiyi məhsulun miqdarı göstərilən xidmətin və ya işin həcminə görə hesablanır. İşçilərə müəyyən olunmuş hasilat normalarının artıqlaması ilə yerinə yetirilməsinə görə mükafat da hesablanır.

© Vergilər.az

Son xəbərlər

"Realme" yeni smartfonunu təqdim etdi (FOTO)

Yaponiya Rusiyaya kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

“Rotary Motors”a protokol yazıldı

Yeni "Moskvich" belə olacaq - Qiyməti açıqlandı

"Google" irqçilikdə ittiham olunur

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

Reklam haqqında qanunu pozan şirkətə protokol yazıldı

Dövlət qurumu məhkəməyə verildi

"Tesla"nın 25 min dollarlıq avtomobili yeni zavodda istehsal olunacaq

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatdı

“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilər

“Zəlzələnin həyət və bina evlərinin qiymətlərinə hər hansı təsiri olmayacaq”

“Az Texnika LTD” məcburi auditdən yayınmaqda ittiham edilir

“Technoak”a qarşı ittiham

"Apple"ın dəyəri rekord dərəcədə artdı

Rusiya ilə neft tədarükü haqqında sazişə dəyişiklik: Qazaxıstan parlamenti qanunu təsdiqlədi

Şəki Mərkəzi Xəstəxanası köhnə avtomobillərin təmirinə 45000 manat xərcləyəcək

Türkiyə və Türkmənistan türkmən qazının İran vasitəsilə nəqlini müzakirə edir

“Azərtütün” məhkəməyə verildi

Keçmiş işçisi Neftçilər Xəstəxanasını məhkəməyə verdi

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yeni rüsumlar müəyyənləşir

Azərbaycanda bu il turizmin inkişafı üçün görülmüş işlər açıqlanıb

Bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Seymur Orucov Köhnəqışlaq kəndində səyyar qəbul keçirdi (FOTO)

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bütün xəbərlər