Makro
09.03.2021 / 22:03
Azərbaycanın maliyyə sektoru ötən il aktivlərini 4 % azaldıb
8768
Bu il yanvarın 1-nə Azərbaycanın maliyyə sektorunun aktivləri 45,9 milyard manat təşkil edib.
"Report" hökumətin hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4 % azdır.
Hesabat tarixinə sektorun aktivlərinin 69,9 %-i banklarda cəmləşib. Bu nisbət 1 il bundan əvvəl 69 % olub. Hesabat dövründə bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının payı 28 %-dən 27,1 %-ə düşüb, sığorta və investisiya şirkətlərinin payları isə dəyiməyərək müvafiq olaraq 2,9 % və 0,1 % qalıb.
Hökumət BOKT-lərin aktivlərdəki payının yüksək olmasını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-yə ötürülməsi ilə izah edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay