Makro
30.09.2021 / 11:48
Gürcüstan iqtisadiyyatı 12 faiz böyüyüb
18629
Bu ilin yanvar-avqust aylarında Gürcüstanda istehsal olunmuş Ümümi Daxili Məhsulun (ÜDM) real dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 12 % çox olub.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Sənədə əsasən, təkcə avqusty ayında isə qonşu ölkənin iqtisadiyyatı 10,3 % böyüyüb.
Ötən ay istehsal, maliyyə və sığorta, ticarət, elektrik, qaz, buxar və kondisioner təchizatı, mehmanxana və restoranlar, daşınma və anbar təsərrüfatı, əyləncə və rekreasiya sahələrində artım qeydə alınıb. Tikinti sektoru və dağ-mədən sənayesində isə azalma müşahidə olunub.
Mənbə: Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay