Makro
29.09.2021 / 17:59
Türkiyə ilə ticarət dövriyyəsindəki kəsir aradan qalxıb - Putin
18603
"Rusiya ilə Türkiyə pandemiyaya görə ticarət dövriyyəsindəki itkiləri nəinki kompensasiya edib, hətta dövriyyədə artıma nail olub".
TASS agentliyi xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.
Onun sözlərinə görə, pandemiya zamanı ağır dövrdə iki ölkənin nümayəndələri arasında təmaslar davam edib:
“Münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini söyləmək xoşdur”.
Putin deyib ki, 2020-ci ildə iki dövlət arasında ticarət dövriyyəsində 20 faiz kəsir olub:
“Bu ilin ilk 8,5 ayında ticarət dövriyyəsi 55 faiz artıb”.
Mənbə: Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay