Azərbaycanın xarici ticarət saldosu 36 faizdən çox artıb
Cari ilin avqust ayının 1-nə olan statistikaya əsasən, Azərbaycan Respublikasının xarici ticarət saldosu 5 milyard 095,6 milyon ABŞ dolları təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı aylıq hesabatda əks olunub.
Sənədə əsasən, ötən ilin müvafiq dövründə isə bu gəlirlərin ümumi dəyəri 3 milyard 231,1 milyon dollar olub. Aydın olur ki, 1 il ərzində 1 milyard 864,4 milyon dollarlıq və ya 36.60 faizlik müsbət saldo yaranıb.
MDB dövlətləri ilə həyata keçirilən ticarət əməliyyatları zamanı 1 milyard 633,6 milyon dollar dəyərində gəlir əldə edilib. Aylıq hesabatda isə bu dəyər mənfi saldo kimi qeyd edilib. Bu da onu göstərir ki, ticarət əməliyyatlarında kəskin azalmalar baş verib. Ötən ilin eyni dövründə də eyni ticarət əməliyyatları zamanı kəskin mənfi saldo qeydə alınıb. Belə ki, bu dövrdə ümumilikdə 719,9 milyon dollar dəyər əldə edilib.
Dünyanın digər ölkələri ilə aparılan ticarət əməliyyatlarında isə 5 milyard 699,2 milyon dollar həcmində olub. 2021-ci ilin eyni dövründə isə bu dəyər 3 milyard 951 milyon dollar həcmində olub. Aydın olur ki, bir il ərzində 1 miyard 748,2 milyon dollarlıq və ya 30,68 faizlik mübət saldo əldə edilib.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay