Azərbaycanda ümumi daxili məhsul istehsalı 3 faizdən çox artıb
2021-ci ilin yanvar-avqust aylarında ölkədə 54 milyon 730,2 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda qeyd edilib.
Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,7 faiz artım baş verib.
ÜDM istehsalının 40,4 faizi sənaye, 10,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 5 milyon 466,1 min manata bərabər olub.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay