Azərbaycanda iqtisadi artım 3 faizi ötdü - NAZİR
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda iqtisadi artım 3,6%-ə çatıb, o cümlədən qeyri-neft sektorunda 5,5%-dən çox artım qeydə alınıb.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, iqtisadi artıma təsir edən mühüm amillərdən biri özəl müəssisələr üzrə əsas kapitala yönəldilən investisiyalardır.
"Biz ilin ilk yeddi ayında özəl investisiyalarda 1,7% səviyyəsində artım qeydə almışıq. Ölkənin ixracı 31%, o cümlədən qeyri-neft ixracı 37% artaraq 1,6 mlrd. dollara çatıb. Digər makrofiskal, makroiqtisadi göstəricilər kifayət qədər nikbindir və bir sıra proqnozu üstələyir", - deyə nazir qeyd edib.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda iqtisadi artım tempi 2,7% təşkil edib.
Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il ölkə iqtisadiyyatı 4,6% böyüyəcək. Ötən il Azərbaycanda 4,2%-lik iqtisadi geriləmə qeydə alınmışdı.
Mənbə: “APA-Economics”
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay