Makro
08.09.2021 / 10:43
Yaponiyanın II rübdə iqtisadi artım tempi gözləntiləri üstələyib
17862
Yaponiya Nazirlər Kabinetinin İdarəsinin yenilənmiş məlumatlarına əsasən, 2021-ci ilin II rübündə Yaponiya iqtisadiyyatı illik müqayisədə 1,9% artıb.
"Reuters" Agentliyinin verdiyi məlumata görə, qeydə alınmış artım tempi iqtisadçıların 1,6%-ə bərabər olan gözləntiləri üstələyib.
Hesabat dövründə rüblük artım 0,5% olub və bu, əvvəlki proqnozdan 0,2 faiz bəndi çoxdur. Böyümənin proqnozlaşdırılandan daha çox olması bizneslərin xərclərinin və iqtisadiyyata kredit qoyuluşlarının artması ilə əsaslandırılır.
Lakin o da qeyd olunur ki, Yaponiya iqtisadiyyatı hələ də COVID-19 pandemiyasına həssasdır və virusun yeni ştammları özəl sektorun fəaliyyətinə mane olur.
Mənbə: "APA-Economics"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay