"Goldman Sachs" ABŞ iqtisadiyyatı üzrə proqnozunu pisləşdirib
"Goldman Sachs Group" investisiya bankı ABŞ iqtisadiyyatının artımı üzrə proqnozunu 6%-dən 5,7%-ə qədər endirib.
İstehlak səviyyəsinin əvvəlcədən proqnozlaşdırıldığından daha pis olacağı gözləntisi proqnozun endirilməsinə səbəb olub.
"Goldman Sachs"ın iqtisadçısı Ronni Uokerin fikrincə, amerikalı istehlakçılar, çox güman ki, COVID-19-un yeni ştammının yayılması, büdcə dəstəyinin zəifləməsi və mallara olan tələbatın azalması fonunda xərcləri azaldacaq.
R. Uoker qeyd edib ki, "Delta" ştammı artıq cari ilin III rübündə ÜDM-nin artım tempini yavaşladır və bundan əlavə, maliyyə stimullarının azalması və xidmət sektorunun ləng bərpası da ortamüddətli dövrdə məhdudlaşdırıcı rol oynayacaq.
Lakin "Goldman Sachs"ın proqnozlarına görə, 2022-ci ildə ABŞ-da iqtisadiyyatın artımı daha sürətli templər ilə davam edəcək və bu səbəbdən qurum gələn il üçün ÜDM-nin artım tempi üzrə proqnozunu 4,5%-dən 4,6%-dək yüksəldib.
Bank ABŞ-da işsizlik səviyyəsi ilə bağlı proqnozunu da bu il üçün aşağı salıb və qurum hazırda 2021-ci ilin sonunda ölkədə bu nisbətin 4,2% səviyyəsində olacağını gözləyir (ötən proqnoz 4,1%).
Mənbə: APA-Economics
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay