Makro
02.09.2021 / 16:58
Əfqanıstan iqtisadiyyatı bu il 10 faizə qədər kiçiləcək
17650
"Fitch Solutions" şirkəti "Taliban"ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkə iqtisadiyyatı üzrə builki proqnozunu 0,4% böyümədən 9,7% azalmaya dəyişib.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, 2022-ci il üzrə ÜDM proqnozu isə 0,9%-lik böyümədən 5,2% kiçilməyə qədər endirilib.
Şirkət qeyd edir ki, ABŞ təhlükəsizlik qüvvələrinin ölkəni tərk etməsi və "Taliban"ın nəzarəti ələ keçirməsi Əfqanıstanda iqtisadi problemlərin kəskin şəkildə hiss ediləcəyi anlamına gəlir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay