Makro
24.08.2021 / 12:33
7 ay ərzində Bakıda ticarət dövriyyəsi 3,6 faiz artıb
17429
2021-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 12,727 mlrd. manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsinin yaydığı hesabatda qeyd edilib.
Məlumata görə, bu göstərici illik müqayisədə 3,6% çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9% artaraq 6,386 mlrd. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,5% artaraq 6,341 mlrd. manata bərabər olub.
Qeyd edək ki, istehlak məhsullarının 36,8%-i hüquqi şəxs statuslu müəssisələrdə, 41,6%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,6 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay