Azərbaycan Gürcüstanın üçüncü əsas ixrac tərəfdaşı olub
Bu ilin yanvar-iyul aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 586 milyon 890 min ABŞ dolları təşkil edib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrünə nisbətdə 9,1 % çoxdur.
Hesabat dövründə Gürcüstanın ümumi ticarət dövriyyəsində 7,8 % paya sahib olan Azərbaycan qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra dördüncü yeri tutub.
İlk yeddi ayda Gürcüstandan Azərbaycana ixracın dəyəri 295,3 milyon ABŞ dollarına bərabər olub. Bu, ötən ilin eyni göstəricisindən 22,7 % çoxdur. Azərbaycan Gürcüstanın ümumi ixracında 13 % payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Çin və Rusiyadan sonra III sırada yer alıb.
Qonşu ölkə Azərbaycandan 291,5 milyon ABŞ dolları dəyərində məhsul idxal edib ki, bu da illik müqayisədə 1,8 % azdır. Gürcüstanın ümumi idxalında Azərbaycan 5,6 % payla qonşu ölkənin əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra beşinci olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay