Koronavirus Çili iqtisadiyyatını xilas edib
2021-ci ilin ikinci rübündə Çili iqtisadiyyatı “Bloomberg” mütəxəssislərinin gözlədiyindən daha çox artıb.
Valyuta.az Banker.az-a istinadən xəbər verir ki, Latın Amerikası ölkəsini hökumətin pandemiyanın vurduğu iqtisadi ziyanın təsirini azaltmaq üçün tətbiq etdiyi maliyyə stimulları xilas edib. Belə ki, Çilinin ÜDM-i 2021-ci ilin birinci rübü ilə müqayisədə 1 faiz, ölkə iqtisadiyyatı isə 2020-ci illə müqayisədə 18,1 faiz artıb.
Beynəlxalq Valyuta Fonduna görə, inkişaf etməkdə olan Çili pandemiyanın iqtisadi nəticələrini kompensasiya etmək üçün çox vəsait xərcləyib – yalnız pensiyaların ödənişləri üçün 50 milyard ABŞ dolları ayırıb.
Hökumətdən alınan pullar istehlak bumunu və pərakəndə satışların keçən ilin eyni dövrü ilə müqayisədə heyrətamiz artımına səbəb olub – mayda 72 və iyunda 66 faiz. Mərkəzi Bank, mədənçıxarma işlərinin 3,1 faiz, daxili tələbatın isə 1,6 faiz artdığını bildirib.
Çilinin maliyyə tənzimləyicisi ölkənin ÜDM -in bu il 9,5 faiz artacağını proqnozlaşdırır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay