Gürcüstanın Azərbaycanla xarici ticarətdə müsbət saldosu yaranıb
Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 586 889,8 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 9,17 % və ya 49 341.1 min dollar çoxdur.
Valyuta.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Hesabat dövründə Gürcüstan Azərbaycandan 291 548,7 min dollarlıq mal və məhsul idxal edib ki, bu göstərici əvvəlki illə müqayisədə 1,8 % azdır.
Azərbaycandan idxal Gürcüstanın hesabat dövründəki ümumi idxalının 5,6%-ni təşkil edib. Yanvar-iyul aylarında Gürcüstanın Azərbaycana ixracı isə 295 341,1 min dollara bərabər olub. Bu, əvvəlki illə müqayisədə 22,7% çoxdur.
Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 13%-ni təşkil edib. Nəticədə, Gürcüstanın 2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanla ticarət dövriyyəsində 3 792,4 min dollarlıq müsbət saldosu yaranıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay