Makro
18.08.2021 / 19:16
“Amazon” qlobal pərakəndə satış sahəsində “Walmart”ı geridə qoyub
17220
Dünyanın ən zəngin adamı Ceff Bezosa məxsus olan “Amazon” şirkəti dünyanın aparıcı pərakəndə satıcısı olub və 1990 -cı illərin əvvəllərindən bəri lider olan “Walmart”ı keçib.
Valyuta.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə korporativ və sənaye məlumatlarına istinadən “The New York Times” yazıb.
Qeyd edək ki, dünya miqyasında ən böyük pərakəndə satıcı hələ də Çinin “Alibaba” şirkətidir. Nə “Amazon”, nə də “Walmart” Çində dominant oyunçular deyil.
Maliyyə araşdırma şirkəti “FactSet” tərəfindən hazırlanan hesablamalara görə, istehlakçılar iyunda sona çatan 12 ay ərzində “Amazon”da 610 milyard dollardan çox xərcləyiblər. “Walmart”da bu göstərici daha aşağı olub – 566 milyard dollar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay