Makro
16.08.2021 / 14:03
Yaponiya iqtisadiyyatı bu ilin II rübündə 1,3% böyüyüb
17051
Dünyanın ən böyük üçüncü iqtisadiyyatı olan Yaponiyada bu ilin aprel-iyun aylarında ÜDM illik müqayisədə 1,3% artıb.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, sözügedən göstərici bazarda müəyyən olan 0,7%-lik proqnozu üstələyib. 2021-ci ilin I rübündə ölkə iqtisadiyyatı illik müqayisədə 3,7% kiçilmişdi.
ÜDM istehsalının artması COVID-19 pandemiyasından bərpa olunan Yaponiya iqtisadiyyatında istehlakın və kapital xərclərinin böyüməsi ilə əsaslandırılır.
Qeyd edilir ki, II rübdəki artıma baxmayaraq, Yaponiyada artım tempi digər güclü iqtisadiyyatlardan geri qalır. Belə ki, ABŞ-da ilin II rübündə illik müqayisədə 6,5%-lik iqtisadi artım qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay