İyulda topdansatış qiymətlərinin artım tempi maksimum həddə çatdı
İyulda Almaniyada topdansatış qiymətləri keçən ilin eyni ayı ilə müqayisədə 11,3% artıb. Bu, 47 il ərzində – 1974-cü ilin oktyabrından bu yana ən yüksək artım tempidir.
Valyuta.az-ın "APA-Economics"ə isstinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın Federal Statistika İdarəsinin açıqlamasında deyilir.
Qeyd olunur ki, topdansatış qiymətlərinin rekord templə artması digər şeylərlə yanaşı aşağı müqayisə bazasının olması ilə əlaqədardır. İyunda artım tempi 10,7% təşkil edib.
Ötən ay Almaniyada neft məhsulları 33,9%, metal və metal filizləri 59,2% bahalaşıb. Bundan əlavə, qara metallurgiya məhsullarının qiymətləri 76,1%, taxta və taxtadan olan məhsulların qiyməti isə 59,9% artıb.
İyul ayında Almaniyada topdansatış qiymətləri əvvəlki aya nisbətən 1,1% artıb. Artım templəri iyun ayına nisbətən 1,5% yavaşlayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay