Britaniya iqtisadiyyatı iyunda cüzi böyüyüb
Bu ilin iyun ayında Böyük Britaniya iqtisadiyyatı aylıq müqayisədə gözləniləndən daha çox – 1% böyüyüb.
Valyuta.az Banker.az-a istinadən xəbər verir kii, böyümənin əsas drayveri kimi may ayında COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin yumşaldılmasından irəli gələn xidmət sektorunun sürətli artımı göstərilir. Xidmət sektoru iyunda aylıq müqayisədə 1,5%, təkcə qida və içki xidmətləri isə 10% artıb.
Sənaye sektoru neft yataqlarında gedən təmirinin uzanması nəticəsində 0,7% azalıb. Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatında bildirilir ki, cari ilin aprel-iyul aylarında ölkədə qeydə alınan ÜDM istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 22,2% artıb.
Qeyd edək ki, İngiltərə Bankının (“Bank of England”) proqnozuna görə, Böyük Britaniya iqtisadiyyatı COVID-19 pandemiyasından əvvəlki səviyyəyə bu ilin sonuncu rübündə qayıdacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay