Çin şirkətlərinin bir ildə xarici bazarlarda əldə etdiyi qazanc açıqlandı
Hazırda təxminən 3400 Çin şirkəti öz məhsullarını ölkə sərhədlərindən kənarda - xarici bazarlarda satır.
Valyuta.az Marja.az-a istinadla xəbər verir ki, bunlardan 200-ü xaricdəki satışlardan ildə ən azı hər biri 1 milyard dollar gəlir əldə edir.
Ancaq son 1 ildə logistika və təchizat problemləri ticarət həcminin artırılmasına ciddi maneə yaradır. Bunun səbəblərindən biri pandemiyanın yaratdığı məhdudiyyətlərdirsə, digəri ölkələr arasında gedən “ticarət savaşları”dır. Nəticədə son bir ildə iri konteynerin daşınma xərci 5 qat - 3 min dollardan 15 min dollara qədər artıb. Çatdırılma müddəti isə ən azı bir həftə daha uzundur.
Çin mallarına tələbat durmadan artır...
Çin Statistika Bürosunun məlumatlarına görə, cari ilin ilk yarısında Avropa İttifaqına ixrac 36% artaraq, 233 milyard dollara, ABŞ-a satışlar isə 42,6% yüksələrək, 252,86 milyard dollara çatıb. Təkcə bir şirkət - məişət avadanlıqları təchizatçısı Hisense ötən il pandemiya şəraitində beynəlxalq bazarlarda 7,9 milyard dollarlıq mal satıb.
Çıxış yolu - xarici bazarlarda “lokallaşmaq”
Çin şirkətləri problemin həlli üçün optimal varianta keçir - ABŞ və Avropada iti anbarlar tikmək və ya kirayələmək, malları öncədən ora nəql edib sifarişləri daha qısa müddətdə çatdırmaq. Çin Ticarət Nazirliyinin məlumatına görə, bu ilin birinci yarısında Çin şirkətləri xaricdə 100 yeni anbar inşa edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay