Xaricə ən çox məhsul satan özəl şirkətlər hansılardır? – SİYAHI (FOTO)
2021-ci ilin yanvar-iyun aylarında qeyri-dövlət ixracatçı subyektlərin ixrac gəlirlərinin həcmi açıqlanıb.
Valyuta.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin iyul sayında məlumat verilib.
Qeyri-neft sektoru üzrə qeyd edilən özəl subyektlər ixrac həcmindən ölkəyə 288,2 milyon dollarlıq gəlir gətirib.
Siyahıya 64,1 milyon dollar ixrac həcmi ilə “MKT İstehsalat Kommersiya” MMC başçılıq edir. Daha sonra 51,8 milyon dollar ixrac həcmi ilə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi gəlir.
Ölkəyə ən çox gəlir gətirən növbəti üç şirkət isə - “Local Garden” (43,1 milyon dollar), “P-Aqro” (28,3 milyon dollar), “Baku Steel Company” (22,4 milyon dollar), “Sun Food”dur (19,8 milyon dollar).
Digər şirkətlərin ixrac həcmindən əldə etdikləri gəlir ilə infoqrafikadan tanış ola bilərsiniz:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay