BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8109
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0521
  • 1 İngiltərə funt sterlinqi
    2.0991
16284

Nazirlər Kabineti texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində bir sıra qaydaları təsdiq edib.

Bu barədə Valyuta.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib. 

Yeni qaydaların tətbiqi insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsinə, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsinə, ticarətdə texniki maneələrin aradan qaldırılmasına və malların rəqabət qabiliyyətliyinin artırılmasına xidmət edəcək.

Yeni qaydalara görə, qeyri-ərzaq mallarının təhlükəsizliyinin təmin edilməsi üçün risk əsaslı yanaşma tətbiq olunacaq. Sahibkarlar istehsal və ya idxal etdikləri aşağı və orta riskli qeyri-ərzaq mallarının təhlükəsizliyinə dair uyğunluq bəyannamələrini özləri tərtib edərək sərbəst satışı həyata keçirə biləcəklər. Yüksək risk qrupuna aid olan qeyri-ərzaq malları isə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən yoxlanıldıqdan sonra onlara müvafiq sertifikatlar təqdim olunacaq.

Qaydalara əsasən, müvafiq qurumlar və sahibkarlar uyğunluq setifikatlarının və ya bəyannamələrinin tərtibi ilə əlaqədar qərar qəbul etdikləri gün bu barədə məlumatları İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər. Nazirliyinin reyestrinə daxil edilən uyğunluq setifikatları və ya bəyannamələri əsasında texniki sənədlərə və qeyri-ərzaq mallarının üzərinə Azərbaycan uyğunluq nişanı vurula bilər. Azərbaycan uyğunluq nişanı - AZC hərfləri ( "Azerbaijan Conformity" Azərbaycan dilinə tərcümədə "Azərbaycan uyğunluğu") ilə təqdim olunur.

Malların risk qruplarının təyin edilməsi meyarları barədə təklifləri İqtisadiyyat Nazirliyi Nazirlər Kabinetinə təqdim edib.

Ömər Vəzirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Neta" ən sürətli enerji dolduran hibridi təqdim edəcək (FOTO)

“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?

Cənubi Koreyada saniyələr ərzində enerji yığa bilən batareya yaradıldı

Gömrük komitəsi “Yeni Texnologiyalar”a protokol yazdı

Lotoreyada qazanmağın yolu nədən keçir? - Ekspert məsləhəti

Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi

"Azərsu" məhkəmə qarşısında

"Kia" ilk yük maşınının şəklini yayımladı

Çin son il yarımda ilk dəfə Rusiyaya avadanlıq tədarükünü azaldıb

"Nakhısh" MTK-ya 2 protokol tərtib edildi

Belarus dost olmayan ölkə vətəndaşlarına dividentlərin ödənilməsini məhdudlaşdırdı

Putindən Şoyquya qədər - Fransız şirkəti Rusiya hökumət təyyarələrini təchiz edir

Tanınmış iş adamının şirkəti məhkəmə qarşısında

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırdı

"Tesla" avtomobillərinin qiymətləri endirildi

Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi

Bavariyada otellər və restoranlar kütləvi şəkildə bağlanır: "Hökumətdən artıq heç nə gözləmirik"

Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır

"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı (FOTO)

ADA-da COP29-la bağlı forum keçirildi, Prezident iştirak etdi (YENİLƏNİB)

Bakıda məşhur həkim klinikasını satışa çıxardı (FOTO)

Sığorta ödənişinin verilməsi qaydası dəyişib

İsveçrədə Rusiyanın nə qədər aktivinin bloklandığı açıqlandı

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək ®

"İnter Pazarlama" məhkəmə qarşısında

Xankəndidə ilk körpə doğuldu (FOTO)

Xankəndidə ilk körpə doğuldu (FOTO)

JPCERT: Dünyada 200 mindən çox sayt təhlükə qarşısındadır

Xəzərdə yaradılacaq yeni adalar ölkənin hansı iqtisadi potensialına təsir edəcək? (ŞƏRH)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin