Makro
27.07.2021 / 17:22
Bu il ticarət və xidmət sektorunun kreditləşməsi nə qədər artıb? - AMB
16114
2021-ci ilin iyulun 1-nə Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% artaraq 2,558 mlrd. manata çatıb.
Valyuta.az APA-ya istinadən xəbər verir ki, ticarət və xidmət sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 0,1% azalıb. İlin əvvəlindən isə bu göstərici 1,9% azalıb.
Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 16,8 % təşkil edib ki, bu da aylıq müqayisədə 0,2 faiz bəndi azalıb, illik müqayisədə isə 0,3 faiz bəndi artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay