Makro
17.07.2021 / 10:59
Azərbaycan xarici ticarət dövriyyəsini 12 faiz artırdı
15797
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 14 202,26 mln. ABŞ dolları təşkil edib.
Bu barədə Valyuta.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
İlin ilk yarısında ixrac 8 811,10 mln. dollar, idxal isə 5 391,16 mln. dollar təşkil edib. İllik ifadədə Azərbaycanın xarici ticarət dövriyyəsi 12%, ixrac 14,6%, idxal isə 8% artıb.
Hesabat dövründə 3 419,94 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da ötə ilin analoji dövrü ilə müqayisədə 26,8% çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay