Ölkədə iqtisadi artım nəyin hesabına baş verib? – Deputat şərh etdi
“Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarısını artımla başa vurub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-iyun aylarında ölkədə 39 milyard 915 milyon manatlıq ümumi daxili məhsul istehal olunub. Bu əvvəlki ilin eyni dövrüilə müqayisədə 2,1 faiz artım deməkdir”.
Valyuta.az xəbər verir ki, bu fikirləri iqtisadçı millət vəkili Vüqar Bayramov səsləndirib.
Bu ilin ilk yarısında iqtisadi artımın qeyri-neft sektoru hesabına baş verdiyini söyləyən deputat qeyd edib:
“Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalsa da, qeyri neft-qaz sektorunda isə 5,1 faiz artıb. Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi həmçinin bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və yumşalmalara gedilməsi ilə bağlıdır”.
Onun sözlərinə görə, məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı həmçinin məşğulluğun təmini baxımdan da vacibdir:
“Bu kontekstdən vaksinasiya səviyyəsi yüksələrsə, yoluxma sayı optimallaşarsa real sektorda məhdudiyyətlərin tətbiqinə yenidən ehtiyac yaranmaz və bu da iqtisadiyyatdakı artım tempinin növbəti aylarda da qorunub saxlanmasına imkan verər”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay