İranın Azərbaycanla ticarət sahəsində aktiv əlaqələri var
İranın Azərbaycanla ticarət, xüsusilə gömrük mübadilələri üzrə aktiv əlaqələri var.
Valyuta.az xəbər verir ki, bunu Trend.az-a açıqlamasında İranın Astara Gömrük İdarəsinin baş direktoru Kərim Rəsuli deyib.
K.Rəsulinin sözlərinə görə, hazırda İranla Azərbaycan arasında quru, dəniz və dəmiryolu əlaqələri var. İranın Astara rayonunda Astara gömrüyü 24 saat fəaliyyət göstərir. Astarada dəmiryolu xətti və Biləsuvar rayonundakı gömrük isə gündə 12 saat fəaliyyət göstərir.
Rəsuli əlavə edib ki, Astara gömrüyü vasitəsi ilə məhsul idxalında dəmiryolu xətti, məhsul ixracında sərhəd-buraxılış məntəqəsi, tranzit sahəsində isə həm sərhəd-buraxılış məntəqəsi, həm də dəmiryolu xətti aktivdir:
“3 ay (21 mart -21 iyun 2021) ərzində Astara gömrüyü vasitəsi ilə 120 milyon dollar dəyərində məhsul ixrac, 50 milyon dollar dəyərində məhsul idxal, 200 milyon dollar dəyərində məhsul tranzit olunub” –deyə o qeyd edib.
Gömrük rəsmisi qeyd edib ki, Azərbaycandan idxal edilən və ya bu ölkə üzərindən İrana tranzit olunan məhsullar əsasən, taxıl, heyvan yemi və ağac materiallarıdır.
Rəsuli deyib ki, hal-hazırda Astara sərhəd-buraxılış məntəqəsindən gündəlik 200-300 yük maşını keçir.
İranlı rəsmi bildirib ki, bütün bunlardan əlavə cari ildə ilk dəfə olaraq Astara gömrüyü vasitəsi ilə Şimal-Cənub Dəhlizi çərçivəsində ilk yük tranzit olundu. Belə ki, 530 milyon avro dəyərində kağız yükü Finlandiyadan Hindistan istiqamətində dəmiryolu xətti ilə İrana daxil olub.
Rəsulinin sözlərinə görə, Astara gömrüyü Avrasiya İqtisadi Birliyinə üzv ölkələrə məhsullar ixrac edən iş adamlarına gömrük xidmətləri göstərməkdədir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay