BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8043
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1135
14434

“Dünyada şirkətlərin kapitallaşmasının ÜDM-ə nisbətini ifadə edən Baffet əmsalı ən yüksək həddə çatıb və maliyyə “köpük”lərinin olmasını göstərir. Səhmin qiymətinin mənfəətə olan nisbətini ifadə edən CAPE indeksinin yüksəlməsi də bazarlarda hərarətin artdığını bildirir”. 

Valyuta.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı bildirib.

V.Qasımlının sözlərinə görə, Azərbaycan investorları dünya maliyyə bazarlarında olan vəziyyətə uyğun portfellərini optimallaşdırmalıdırlar:

“Bütövlükdə dünya iqtisadiyyatının bərpası onun ahəngdar hissəsi olan Azərbaycan iqtisadiyyatına da müsbət təsir göstərir. Əgər sual olsaydı ki, “indi iqtisadiyyat üçün baş rəqəmsal direktor (chief digital officer (CDO)) kimdir?” birmənalı cavab “koronavirus” olardı”. 

COVİD-19 pandemiyasının rəqəmsal transformasiyanı sürətləndirdiyini söyləyən Mərkəz rəhbərinin fikrincə, gələcəyi proqnozlaşdırmağın ən yaxşı yolu onu yaratmaqdır: 

“Dünya iqtisadiyyatı üçün bir neçə trendi qeyd edə bilərik. Dünya iqtisadiyyatı məhsul və sahə əsaslı yanaşmadan müştəri və ya insan əsaslı yanaşmaya keçir. Yeni “norma”lardan biri də ondan ibarətdir ki, dövlətin rolu böhrandan əvvəlki həddə qayıtmayacaq və daha da güclənəcək. Virtual və real dünyanın yaxınlaşması, xidmətlərin rəqəmsallaşması, xüsusən təhsil və səhiyyə sahəsində dərin transformasiya proqnozlaşdırılır. Texnologiyanın ən əsas komponenti insan kapitalı əsas drayver rolunu qoruyacaq”. 

Dövlət və biznesin innovasiya mədəniyyətinə keçdiyini söyləyən Vüsal Qasımlı, innovasiya mədəniyyətinin məğzini açıqlayıb:

“Bu da ondan ibarətdir ki, komandada hamıdan innovativ təklif gözləmək və səhvlərdən nəticə çıxarıb irəli getmək lazımdır. Texno-kommunizm fəlsəfi-futuroloji konsepsiya olub eqalitar cəmiyyətə keçidi nəzərdə tutur və qəbul edilir ki, insanların istifadə etdiyi elmi və texnoloji nailiyyətlər bütün cəmiyyətə aiddir. Azərbaycan məhz post-covid arxitekturanı müəyyənləşdirən trendləri nəzərə almaqla Prezident İlham Əliyevin müəyyənləşdirdiyi milli prioritetlər əsasında iqtisadi inkişafı təmin edə bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın asanlıqla əldə edilə bilən neft və qaz ehtiyatları tükənib

"Asel Kredit" külli miqdarda cərimələnə bilər

"Tesla"nın səhmləri ucuzlaşıb, mövqeyi zəifləyir

Azərbaycanda ən çox bu universitetin məzunları iş tapıblar (SİYAHI)

Azərbaycanda ən çox bu universitetin məzunları iş tapıblar (SİYAHI)

Etirazlar nəticə verdi: Kanar adalarında turizm qaydaları sərtləşdirilir

"Azerstar" ölkədən çıxardığı valyutanı geri qaytarmayıb

"Raiffeisen Bank" Rusiyada qalmaq planları ilə bağlı xəbərləri təkzib etdi

Stimul Hospital 8 min manat cərimələnə bilər

Polyaklar yeni sxem hazırladılar - Ukraynalılar üçün hansı risklər var?

Rusiya və Ukrayna Qara dənizdə gəmiçiliklə bağlı razılığa gəlibmiş... - Reuters

Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR

Gəncə Şəhər Təhsil İdarəsi məhkəmə qarşısında

Zaporojye AES təhlükəli dərəcədə qəzaya yaxındır - MAQATE

"Forbes" dünyanın ən zəngin 10 varisinin adını açıqladı - Birinci kimdir?

Baş nazirdən tibb işçiləri ilə bağlı yeni qərar

İlon Musk yeni X istifadəçilərindən pul almaq istəyir

Azərbaycanda taksi qiymətləri yenidən bahalaşdı – Eyni yola 1 manat daha artıq

"Bank of Baku" 2024-cü ilə pis başlayıb, əvvəlki kimi qazana bilmir - Təhlil

Dərsliklər monitorinq ediləcək – DİM-lə nazirlik arasında 219 minlik müqavilə

Dərsliklər monitorinq ediləcək – DİM-lə nazirlik arasında 219 minlik müqavilə

ƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli?

Azərbaycan elektromobil idxalını 2 dəfə artırıb

AMB: 10 sığorta şirkətinin mobil tətbiqi yoxdur

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Bakıda bu 9 məktəbli maksimum nəticə göstərib (FOTO)

AÇG-də yeni ACE platformasından hasilata başlanılıb

Kapital Bank 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib ®

Mərkəzi Bank məhkəməyə verildi - Səbəb

ABŞ İsrailə hücumdan sonra İrana qarşı sanksiyalar hazırlayır

Bələdiyyələr bu halda birləşəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin