Gürcüstandan Azərbaycana ixrac 15 faiz artıb
Bu ilin yanvar-may aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 408 milyon 124,1 min ABŞ dolları təşkil edib.
Valyuta.az Report.az-a istinadən yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə həcm 0,24 % azalıb.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 8,1 % payla qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra IV yerdə qərarlaşıb.
İlk beş ayda Gürcüstandan Azərbaycana 195,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da illik müqayisədə 14,6 % çoxdur. Gürcüstanın ümumi ixracında 12,7 % paya sahib olan Azərbaycan qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Çin və Rusiyadan sonra III yeri tutub.
Qonşu ölkənin Azərbaycandan idxalı isə 4,7 % azalaraq 212,5 milyon ABŞ dollarına bərabər olub. Gürcüstanın ümumi idxalında Azərbaycan 6,1 % payla qonşu ölkənin Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra V əsas idxal tərəfdaşı olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay