BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Ötən ilin eyni dövrü ilə müqayisədə, kərə yağı, düyü kimi digər ərzaq məhsullarının ölkəyə idxalı 6 faizədək aşağı düşüb. Yalnız buğda idxalında artım müşahidə edilib.
 
 

Maraqlıdır, ərzaq məhsullarının idxalının azalması daxili istehsalın artdığının göstərcisi ola bilərmi?
 

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Nazim Bəydəmirli daxili istehsalın artması fikri ilə razılaşmır: 

"Daxili istehsal artmış olsaydı, çox sevinərdik. Amma belə deyil. Idxaldakı azalma isə iqtisadi daralma ilə bağlı ola bilər. Eyni zamanda pandemiya dövründə vətəndaşların alıcılıq qabiliyyəti azaldığına görə ümumilikdə bütün ölkələrin xarici iqtisadi əlaqələrində azalmalar müşahidə olunur.

Lakin bu da faktdır ki, son zamanlar hökumət daxili istehsalı stimullaşdırmaq üçün müəyyən addımlar atır. Daxili istehsalın stimullaşdırılması isə təkcə bir faktordan asılı deyil. Fiskal siyasətin, yəni gömrük və vergi siyasətinin mərkəzləşdirilmiş formada aparılması burada mühüm amildir. Çox təəssüf ki, daxili istehsal dedikdə biz əsasən qida məhsullarının xammalının buraya gətirilməsi və istehsal olunması kimi anlayışları başa düşürük. Buna misal olaraq şəkər tozunun istehsalını göstərmək olar. Əgər idxalda ötən ilə nisbətdə müxtəlif məhsul növləri üzrə 50 faizə qədər artım müşahidə olunubsa, daxili istehsaldan danışmaq mümkün deyil".
 
Ekspert gömrük rüsumlarının qiymət bahalaşaması yaratdığını da vurğulayıb:

"Qida məhsulları növündə gömrük statistikasına baxdıqda ötən ilə nisbətdə artım müşahidə olunub. O cəhətdən təkcə bir məhsul üzrə daxili istehsalın artmasını əsas amil kimi saymaq olmaz. Logistika malın maya dəyərinin təqribən 20%-ni təşkil edir. Bu, kənd təsərrüfatı məhsullarında 50%-dən də yuxarıdır. İlin əvvəlində benzin və dizel yanacağının qiymətinin artması malın maya dəyərinə təsirsiz ötüşmədi. Bununla əlaqədar qiymətlər bahalaşdı”.

Onun sözlərinə görə, qiymət artımının səbəbi həm də gömrük orqanlarının bəyannamə qiymətini artıması və nəticədə süni qiymət artımı yaratmasıdır.:

“Həmçinin hökumətin əlində olan rıçaqlar– tariflərin artması da sahibkarların xərclərini artırır. Sahibkarlar avtomatik olaraq bunu məhsulun maya dəyərinə əlavə edirlər. Nəticə etibarilə vətəndaşlar daha bahalı məhsul almağa məcbur olurlar. İqtisadi böhran, pandemiya və qiymət artımı alıcılıq qabiliyyətini aşağı salıb. Bu aspektdən gətirilən malların həcmində də azalmalar müşahidə edilir. Ölkədə baş verən statistik rəqəmlərin yerdəyişməsi bununla bağlı ola bilər".

Son xəbərlər

Dövlət boş iş yerlərini açıqladı - 5000 AZN maaş (VİDEO)

Dövlət boş iş yerlərini açıqladı - 5000 AZN maaş (VİDEO)

“Pfizer” və “Moderna” Avropa üçün peyvənd qiymətlərini artırdı

Təhsil Nazirliyi V qrant müsabiqəsinin nəticələrini açıqladı

Azərbaycanda müştərilərə verilən kreditlərin həcmi açıqlandı

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları cüzi artıb

“Saudi Aramco” bitkoin mayninq edəcəyi ilə bağlı şayələri təkzib edib

11 saylı poliklinikada saxta COVİD-19 pasportu satılıb (Baş Prokurorluq/DİN)

11 saylı poliklinikada saxta COVİD-19 pasportu satılıb (Baş Prokurorluq/DİN)

IT sahəsində Azərbaycanla əməkdaşlıq ikitərəfli münasibətlərin prioritetidir - AÇIQLAMA

Rusiya neftin ixracını 8% azaldıb

Deputatlar Eldəniz Səlimovla bağlı yekdil rəy verdilər - SİYAHI

41 ildir istismar edilən lift təhlükə saçır - FOTO

Şəkinin bu iki kəndi razılığa gələ bilmir: Səbəbi isə çox maraqlıdır (FOTO/VİDEO)

Şəkinin bu iki kəndi razılığa gələ bilmir: Səbəbi isə çox maraqlıdır (FOTO/VİDEO)

ABŞ defolt astanasındadır - AÇIQLAMA

“AzerGold” ölkə iqtisadiyyatına cəlb etdiyi vəsaitin həcmini açıqladı

"S&P Global Ratings" Azərbaycanın bank sektorunu qiymətləndirib

Estoniyada koronavirusa qarşı burun spreyi yaradılıb

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi  nə zaman keçiriləcək? - DİM

Ötən ay Dövlət Neft Fondunun valyuta satışı nə qədər olub? - MƏBLƏĞ

Tağı Əhmədovun səhhəti pisləşib? - Özü açıqlama verdi

İntizam komissiyası Eldəniz Səlimovla bağlı QƏRAR VERDİ

İntizam komissiyası Eldəniz Səlimovla bağlı QƏRAR VERDİ

Bütün xəbərlər
-->