BAKU Azərbaycan
31.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

“Şuşa bəyannaməsi ilə Azərbaycan dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahib olan Türkiyə ilə əməkdaşlıqdan daha çox faydalanacaq”.

Valyuta.az xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin iqtisadi təfərrüatlarını şərh edərkən söyləyib.

V.Qasımlının sözlərinə görə, Türkiyə 2020-ci ildə 1,8 faiz iqtisadi artım göstərərək pandemiya şəraitində iqtisadiyyatı kiçilməyən nadir ölkələrdən olmaqla yanaşı, bu il də 5 faizdən yüksək artım proqnozu ilə dünyada ən sürətlə inkişaf edən ölkələrin sırasındadır. 

İcraçı direktor, Türk iqtisadiyyatının artım sürəti getdikcə onunla daha çox inteqrasiya olunan Azərbaycanda da iqtisadi artıma stimul verə biləcəyini də diqqətə çatdırıb.

Onun fikrincə, Şuşa Bəyannaməsi Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaradır: 

“Xüsusən də, bəyannamənin Şuşada imzalanması Qarabağda investisiya mühitinə əlavə bir qarant kimi qiymətləndirilməlidir. Şuşa bəyannaməsi ilə bp, Signify kimi qlobal şirkətlərin Qarabağda sərmayə yatırmaq niyyətləri bir-birini tamamlayır, Qarabağda investor inamı indeksini yüksəldir. İqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq. Hazırda Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital yatırır. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir”.

V.Qasımlı bildirib ki, dünyanın müdafiə sənayesi bazarında ilk onluğa iddialı olan Türkiyə ilə Azərbaycanın müdafiə sənayesi sahəsində əməkdaşlıq böyük perspektivlər vəd edir:

“Türkiyənin köməyilə Azərbaycan müdafiə sənayesi sahəsində ixrac, idxalın əvəzlənməsi və qlobal dəyər zəncirlərinə qoşulmaq nöqteyi-nəzərindən imkanlar qazanır. Eyni zamanda Türkiyənin enerji təhlükəsizliyində mühüm rol alan SOCAR-ın TPAO ilə əməkdaşlığı iki qardaş ölkənin neft-kimya sahəsində - dounstrimdə irəliləməsi üçün imkan yaradır.” V.Qasımlının sözlərinə görə, Şuşa bəyannaməsindən sonra ticarət həcminin daha da artması üçün əlavə fəaliyyətlər gözlənilir: “2019-cu ildə Türkiyə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 4,5 milyard dollar olmaqla 14% paya malik olub. Yüksələn trayektoriya üzrə inkişaf edən qarşılıqlı idxal-ixrac əməliyyatlarının həcminə pandemiyanın yaratdığı gərginliklər ciddi təsir göstərməyib. Belə ki, 2020-ci ildə iki ölkə arasında ticarət həcmi 4,16 milyard dollar təşkil edib. Azərbaycan və Türkiyə 15 milyard dollar olaraq hədəflənən ticarət həcminə nail olmaq üçün davamlı kompleks tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri kimi 1 mart 2021-ci ildən qüvvəyə minən Preferensial Ticarət Sazişi qeyd edilə bilər. Bu saziş 15 mal qrupu üzrə tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılması ilə iki ölkə arasındakı idxal-ixrac əməliyyatlarını artıraraq ölkələrin qoyduqları ticarət dövriyyəsi hədəfinə çatmasını sürətləndirəcək”.

V.Qasımlının sözlərinə görə bəyannamədə “Zəngəzur dəhlizi”nə yer ayrılması hər iki ölkə üçün əhəmiyyətlidir:

“Təkcə bu il ixrac həcmini 15-20 faiz artırmağı planlaşdıran Türkiyə ticarət dövriyyəsi 6 milyard dollara çatan Mərkəzi Asiya və 21 milyard dollar olan Çinlə iqtisadi əlaqələrdə “Zəngəzur dəhlizi”ndən istifadə edəcək. Hətta “Zəngəzur dəhlizi” Türkiyə-Rusiya iqtisadi əlaqlərinin də güclənməsinə imkanlar aça bilər. İxracyönümlü Türk iqtisadiyyatı üçün “Zəngəzur dəhlizi” ixrac marşrutlarının şaxələndirilməsi deməkdir”.

Son xəbərlər

Finlandiya gömrüyü 64 milyon avroluq bitkoini satışa çıxarır

Ukrayna Türkiyədəki yanğınla mübarizə üçün iki təyyarə göndərib

Xidmət rəisi: "Sonsuzadək cərimələnmə çarə deyil"

Fərdi kompüterlərin qlobal tədarükü 15 faiz artıb

“Azəralüminium” ixrac gəlirlərini 44 faiz artırıb

Kənan Quluzadə: "İsrail Azərbaycanın turizmi üçün prioritet bazardır"

Məişət tullantıları sahəsində köklü dəyişikliklərə ehtiyac var - Hikmət Əlizadə

Vətən müharibəsinin 1053 qazisinə əlillik təyin edilib

Azərbaycandan I yarımildə nə qədər polidor ixrac edilib? - “İxrac icmalı”

Türkiyə Rusiya qazının idxalını 2,7 dəfə artırıb

İstanbulda meşə sahələrinə giriş qadağan edildi

Sabah Bakıda isti olacaq: Rayonlarda isə yağış yağacaq

Sabah Bakıda isti olacaq: Rayonlarda isə yağış yağacaq

Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək

Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək

Azərbaycan mehmanxanalarında gecələyənlərin sayı kəskin artıb

TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini tənqid etdi

“Tibbi tullantıların daşınması ilə bağlı ciddi problemlər var” – TƏBİB

Vətəndaşla təcili tibbi yardım briqadası arasında qalmaqala RƏSMİ MÜNASİBƏT

“Hepatit B” və “Hepatit C” xəstəliklərinə yoluxma halları artır - Yaqut Qarayeva

Xaricə ən çox məhsul satan özəl şirkətlər hansılardır? – SİYAHI (FOTO)

Maliyyə Nazirliyi: Büdcə təşkilatlarında qanunsuz ödənişlər hədsiz artıb

Maliyyə Nazirliyi: Büdcə təşkilatlarında qanunsuz ödənişlər hədsiz artıb

Bütün xəbərlər
-->