Makro
15.06.2021 / 15:14
Avrozonanın müsbət ticarət saldosu apreldə artıb
13950
Bu ilin aprel ayında Avrozonanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10,9 mlrd. avro təşkil edib ki, illik ifadədə 2,3 mlrd. avro və ya 26,7% çoxdur.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika Xidmətinin ilkin hesabatında deyilir.
Qeyd olunub ki, apreldə ixracın həcmi 43,2% artaraq 193,8 mlrd. avroya, idxalın həcmi isə 37,4% artaraq 182,8 mlrd. avroya çatıb. Avrozona daxilində ticarət dövriyyəsinin həcmi 61,9% artaraq 178,9 mlrd. avro təşkil edib.
İxrac üzrə ən böyük artım tempini Slovakiya (120,6%) və İtaliya (104,6%) nümayiş etdirib, ən böyük azalma isə Kipr (-17,7%) və İrlandiyada (-0,3%) qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay