Bu il Şərqi Anadoludan ölkəyə 61 milyon dollarlıq məhsul idxal edilib
Bu ilin yanvar-may aylarında Türkiyənin Şərqi Anadolu İxracatçılar Birliyinə üzv şirkətlərin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 55,8 % artaraq 1 053,5 milyon ABŞ dollarına yüksəlib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Şərqi Anadolu İxracatçılar Birliyi məlumat yayıb.
5 ay ərzində ixracda ən yüksək artım sənaye, kənd təsərrüfatı və mədən sənayesində qeydə alınıb. Sənaye məhsullarının ixracı 41 % artaraq 730,459 milyon ABŞ dollarına, kənd təsərüffatı məhsullarının ixracı 2,5 dəfə artaraq 263,285 milyon ABŞ dollarına, mədən sənayesi məhsullarının ixracı isə 2,2 dəfə artaraq 59,760 milyon ABŞ dollarına çatıb.
Hesabat dövründə Şərqi Anadolu vilayətindən ən çox məhsul İraqa (276,810 milyon ABŞ dollara) ixrac olunub. Onu İran (63,355 milyon ABŞ dolları) və Azərbaycan (61,395 milyon ABŞ dolları) izləyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay