BAKU Azərbaycan
24.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0507
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0223
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3797

“Pandemiya səbəbindən karantin rejimin tətbiqinə başlanıldıqdan sonra ilk dəfə olaraq Azərbaycanda iqtisadi artım qeydə alınıb”. 

Valyuta.az xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov bildirib.  

Dövlət Statistika Komitəsinin məlumatına istinad edən deputatın sözlərinə görə, bu ilin ilk 5 ayında 31 milyard 532 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.

Vüqar Bayramov qeyd edib ki, pandemiyanın təsirlərindən ötən il Azərbaycanda ÜDM istehsalı 4.3 faiz azalmışdı: 

“Bu ilin ilk ayında isə iqtisadiyyatımız 2.5, ilk 2 ayında 3.2, birinci rübdə 1.3 və nəhayət yanvar-aprel aylarında 0.2 faiz azalmışdı. Göründüyü kimi, ötən ildən başlanan azalma tempi may ayının yekunlarında artım ilə əvəz olunub.

Bu ilin ilk 5 ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,5 faiz artıb. Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi həmçinin bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və bir sıra yumşalmalara gedilməsi ilə bağlıdır. Son 5 ayda Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin tədbirlərinə getmədən, əksinə real sektordakı bir sıra məhdudiyyətləri aradan qaldırmaqla yoluxma sayını optimallaşdıra bilməsi təqdirə layiq haldır. Xüsusən nəzərə almaq lazımdır, əksər ölkələr, o cümlədən qardaş Türkiyə yaz aylarında sərt karantin tətbiq etmək məcburiyyətində qaldılar”. 

Bu gündən isə iqtisadiyyatda yeni açılımların tətbiq olunduğunu deyən ekspertin sözlərinə görə, xüsusən də, turizm və ticarət sektorlarında iqtisadi aktivliyin yüksələcəyi gözlənilir: 

“Turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektordur. 2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2.7 milyard dollardan çox olub. Pandemiyadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də, turizm sektorundakı açılımlar həmçinin məşğulluğun təmin edilməsi baxımdan da vacib hesab olunur.Bu baxımdan, vaksinasiya prosesini sürətləndirən və virus sayını lokallaşdıra bilən ölkələr ilə mərhələli şəkildə hava və quru əlaqələrinin bərpa edilməsi məqsədəuyğundur və bu real sektordakı canlanmaya xüsusi təkan verə bilər”. 

Deputat sonda vurğulayıb ki, məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı həmçinin məşğulluğun təmini baxımdan da vacibdir: 

“Bu kontekstdən yoluxma sayının azalması davam edərsə real sektordakı digər məhdudiyyətlərin də mərhələli şəkildə aradan qaldırılacağı istisna edilmir”.

Son xəbərlər

Rusiya Azərbaycana təyyarə uçuşlarının sayını artıracaq

Prezident səhiyyə işçilərinə fəxri adlar verdi - SƏRƏNCAM

Prezident səhiyyə işçilərinə fəxri adlar verdi - SƏRƏNCAM

Bu il Azərbaycana velosiped əsasən Çindən gəlib

Qobustanda fermerlərə yeni taxıl sortları nümayiş olunub - FOTO

Neft bazarında qiymət azalmasının sürəti zəifləyib

Mikayıl Cabbarov: "Azad edilmiş ərazilərdə 13 307 əmlak inventarlaşıb"

Mayda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi artıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı

Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib

Ağsu rayonunda barama tədarükü başa çatıb

“SOCAR Methanol” ötən ay istehsalı bərpa edib

Azərbaycan bu kəmərlə Ukraynaya qaz ixrac edə bilər

İdxal 6 faiz aşağı düşüb: İstehsal artıbmı? – İqtisadçıdan açıqlama

AİB Tacikistana üç il ərzində edəcəyi maddi yardımı məbləğini açıqladı

Təhsilverənin sertifikatlaşdırması iki mərhələdən ibarət olacaq

Nabranda meşədə baş verən yanğın söndürülüb

Ölkədə son sutkada neçə nəfərə vaksin vurulub? - Operativ Qərargah

Qobustanda toxumçu fermerlərə yeni yerli və xarici taxıl sortları nümayiş olundu - FOTOLAR

“Foreks”dən qazanan şəxs VÖEN əldə etməlidir - AÇIQLAMA

Antitel yaranmayan şəxslərə üçüncü doza vaksin vurula bilər - İşçi qrup

Bütün xəbərlər
-->