Avropa Birliyindən "Bitkoin" ilə bağlı XƏBƏRDARLIQ
“Əgər investorlar diqqətli olmasalar, ən pis ssenari ilə qarşılaşa bilərlər”
Avropanın ən böyük bazar tənzimləyicisi olan Avropa Qiymətli Kağızlara Nəzarət Təşkilatı "Bitkoin" ilə bağlı açıqlamalar verib.
Valyuta.Az Webtekno.com-a istinadən xəbər verir ki, qurum ildə iki dəfə nəşr etdiyi hesabatda, bütün investorlara yatırdıqları maliyyə vəsaitlərini itirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Təşkilatın mövqeyinə görə, kriptovalyutalar çox yüksək riskli və spekulyativ investisiya alətləridir.
Sürətli artımların daha çox investoru təşviq etdiyini bildirən qurum rəsmiləri, bu yüksək risklər qarşısında hər kəsi ayıq olmağa dəvət edirlər.
Avropa bazarı tənzimləyicisinə görə, əgər investorlar diqqətli olmasalar, ən pis ssenari ilə qarşılaşa bilərlər.
Qeyd edək ki, "Bitkoin" son günlərdə rekkord həddə çataraq, 61 min ABŞ dolları ötüb keçmişdi.
Hazırda xeyli ucuzlaşan Bitkoin 55 min ABŞ dolları həcmində təklif olunur.
Kamran Xəlilov
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay