Kriptovalyuta sahəsində dələduzluq aktları artıb
Son 1 ildə 8.6 milyard dollarlıq dələduzluq baş verib
“Son 3 ildə kriptovalyuta sektorunda dələduzluq faktları artıb”.
Valyuta.az Sondakika.com-a istinadən xəbər verir ki, bunu Türkiyənin Kripto Pul Birjasının icraçı direktoru Erdal Qaya ölkə mediasına verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, son 3 ildə bu sektorun çox sürətlə inkişaf etməsi, xüsusilə də Bitkoin qiymətinin 10 min dollardan 50 min dollara qədər artması belə faktların artmasına səbəb olub. Bu da sözügedən sahədə dələduzluq faktlarının artmasına gətirib çıxarıb”.
Əsas hədəf kimi texnologiyadan uzaq və daha çox yaşlı insanların götürüldüyünü deyən Erdal Qaya, mənşəyi məlum olmayan kriptovalyuta birjalarından heç bir kripto pulu almamağı tövsiyə edib: “Bu, çox geniş yayılan saxtakarlıq metodudur. Tutaq ki, bu gün üçün Bitkoinin bazar qiyməti 52 min dollardır. Digər bir birja bunu 48 min dollar olaraq göstərir və məlumatsız şəxslər vəsaitlərini bu hesaba göndərir, sonra isə vəsaitlərini yoxlamaq üçün birjaya daxil olmaq istəyir. Ancaq bu zaman vətəndaş ona məhdudiyyətin qoyulduğunu və dələduzluq cinayətinin qurbanı olduğunun fərqinə varır. Son 1 ildə ölkədə baş verən dələduzluq faktı nəticəsində vətəndaşlara 8.6 milyard dollarlıq ziyan dəyib”.
Qeyd edək ki, statistikalara əsasən, kriptovalyuta dələduzluğunun obyekti olan ölkələr sırasında Türkiyə dünyada ikinci yerdə qərarlaşıb.
Kamran Xəlilov
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay