Bitkoinin qiyməti yüksəlməkdə davam edəcək - Ekspert
Dünyada ən geniş yayılan əsas kriptovalyuta hesab edilən Bitkoin 50 min dollarlıq psixoloji göstəricini aşdıqdan sonra, qiyməti daha da bahalaşacaq.
Valyuta.Az xəbər verir ki, bu barədə “BusinessDrom” analitik mərkəzinin rəhbəri, Rusiya Dövlət Dumasının rəqəmsal iqtisadiyyat üzrə ekspert şurasının üzvü Arseniy Poyarkov deyib:
"Bitkoin 50 min dollarlıq bariyeri aşdı və indi daha da yüksək səviyyəyə qalxmasına heç nə mane ola bilməyəcək. Çünki 50 min psixoloji baxımdan əhəmiyyətli maneə idi və bitkoinin qiyməti bunu keçdi".
"Biri var qiymət 1 dollardan 10 dollara qədər artsın. Bu 10 qat artım deməkdir. Bir də var, 50 mindən 60 minə qalxsın. Rəqəmlər böyük görünsə də, bu faiz etibarı ilə daha kiçik artım deməkdir. Bitkoinin qiyməti isə on qat artıq qalxıb”- ekspert bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay