Kriptovalyuta
09.02.2021 / 10:18
Bitkoin-dən növbəti rekord
7322
Bitkoinin məzənnəsi yeni tarixi rekord vurub.
Bu barədə Valyuta.Az “CoinMarket Cap”a istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 01:49-a olan məlumata görə, bitkoinin qiyməti 15,77 % bahalaşıb. Belə ki, bitkoinin qiyməti 44,949 ABŞ dolları təşkil edib.
Bununla da kriptovalyutanın qiyməti tarixi rekorda yüksəlib.
Qeyd edək ki, bitkoinin əvvəlki rekord göstəricisi fevralın 8-də 43 309 ABŞ dolları olub. Bakı vaxtı ilə saat 17:00-a olan vəziyyətə görə, bitkoin 21,34 % bahalaşaraq 43 309 ABŞ dollarından, ən böyük kriptovalyuta birjası olan “Binance”da isə 10,71 % bahalaşaraq 43 057 ABŞ dollarına satılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay