29.01.2025 / 18:51
Fransada "Binance"a qarşı çirkli pulların yuyulması iddiası qaldırıldı
63986
Fransa dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan "Binance"ə qarşı araşdırma başladıb.
Valyuta.az "Reuters" agentliyinin məlumatına əsasən xəbər verir ki, Fransa hüquq-mühafizə orqanları "Binance"i çirkli pulların yuyulması, vergi fırıldağı, narkotik qaçaqmalçılığı və digər cinayətlərlə əlaqədar araşdırır.
Məlumata əsasən, "Binance" sözçüləri "Reuters" agentliyinin məsələ ilə bağlı açıqlama tələbinə cavab verməyiblər.
Qeyd edək ki, ötən il də Fransanın müvafiq qurumları "Binance"in Fransadakı bölməsinə qarşı araşdırma aparmışdı. Həmin vaxt rəsmi açıqlamalarda "Binance"in çirkli pulların yuyulması ilə bağlı şübhələr altında olduğu vurğulanmışdı.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay