Rusiyanın ən böyük şirkətlərindən biri "Bitcoin" sektoruna girəcək
Rusiyanın ən iri enerji təminatçısı "Rosseti" "Bitcoin" (BTC) mədənçiliyi sahəsinə daxil olmağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, dövlət elektrik şəbəkəsi şirkəti olan "Rosseti" atıl elektrik resurslarının istifadəsini yaxşılaşdırmaq, elektrik təchizatı mərkəzlərinin yüklənməsini artırmaq, şirkətin elektrik gəlirlərini yüksəltmək və yerli iqtisadiyyatla vergi sistemini gücləndirmək məqsədilə "Bitcoin" mədənçiliyinə başlamağı nəzərdə tutur.
Şirkətin açıqlamasına əsasən, "Rosseti" kriptovalyuta mədənçiliyi infrastrukturunun paylanmasını əlaqələndirən bir operator kimi fəaliyyət göstərəcək və aşağı enerji istehlakına malik elektrik təchizatı mərkəzlərinə diqqət yetirəcək.
Məlumata görə, "Rosseti"nin baş direktoru Andrey Reyumin Rusiyanın baş naziri Mixail Mişustinə bir məktub göndərərək, müxtəlif bölgələrdə mədənçilik mərkəzlərinin yaradılmasını əlaqələndirmək üçün icazə istəyib. Şirkət iddia edir ki, kripto mədənçiliyi yalnız artıq gücün istifadəsini yaxşılaşdırmayacaq, həm də şəbəkə yükünü və tarif gəlirlərini artıraraq Rusiyanın iqtisadi inkişafını və vergi gəlirlərinin artmasını dəstəkləyəcək.
Digər tərəfdən, ötən ilin dekabr ayında Rusiya 2025-ci ildən etibarən bəzi bölgələrdə kriptovalyuta mədənçiliyinə qadağa tətbiq edəcək qanun qəbul edib. Qanuna görə, 1 yanvar 2025-ci ildən başlayaraq altı il müddətində ölkənin 10 bölgəsində kripto mədənçiliyi tamamilə qadağan olunacaq. Bu qadağanın 15 mart 2031-ci ilə qədər qüvvədə qalması planlaşdırılır.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay