Xakerlər “Nasdaq”ı hədəf aldı: Altcoin reklamı etdilər
Son dövrlərdə artan xaker hücumları bu dəfə “Nasdaq”ın "X" sosial media hesabını hədəfə alıb.
Valyuta.az xəbər verir ki, xakerlər “Nasdaq”ın "X" hesabını ələ keçirərək saxta bir memecoin reklamı yayımlayıblar. Hücum zamanı xakerlər saxta bir "X" hesabını “Nasdaq”a aid rəsmi hesab kimi göstərdilər və “Nasdaq”ın adı altında "STONKS" memecoininin alınmasını tövsiyə edən bir paylaşım etdilər.
Bu paylaşım investorların diqqətini cəlb etdi və qısa müddət ərzində "STONKS" memecoinin bazar dəyəri 80 milyon dollara qədər yüksəldi. Lakin qısa müddət sonra qiymət sürətlə çökdü.
Araşdırmalar nəticəsində məlum olub ki, “Nasdaq” adı altında tanıdılan "STONKS" əslində “Solana” bazasında mövcud olan eyni adlı memecoinin bir nüsxəsidir.
Hadisə investorları ehtiyatlı olmağa və rəsmi mənbələrdən təsdiqlənməmiş heç bir maliyyə əməliyyatı etməməyə çağırır.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay