"Coinbase” yeni altcoin siyahıya alacaq
Kriptovalyuta birjası "Coinbase" "Toshi" (TOSHI) adlı altcoini siyahıya salmaq qərarına gəlib.
Valyuta.az-ın məlumatına görə, "Toshi" memecoini qısa müddət əvvəl "Coinbase" tərəfindən siyahıya alma yol xəritəsinə əlavə edilmişdi. Hələlik "Binance" və digər iri kriptovalyuta birjalarında siyahıya salınmayan bu memecoinin "Coinbase"də siyahıya alınması gözlənilməz bir addım kimi qiymətləndirilir.
Bununla yanaşı, tokenin "Base" şəbəkəsində fəaliyyət göstərən bir memecoin olması bu qərara təsir edən əsas səbəb hesab olunur. "Base" şəbəkəsi, "Coinbase" tərəfindən hazırlanmış bir 2-ci səviyyə blokçeyn həlli kimi tanınır və "Coinbase" bu şəbəkəyə əsaslanan altcoinlərin siyahıya alınmasına üstünlük verir.
Siyahıya alınma xəbəri yayıldıqdan sonra TOSHI tokeninin qiymətində kəskin artım müşahidə olunub. Tokenin dəyəri 25%-dən çox artaraq, bu yazının hazırlandığı anda 0.0004427 dollar səviyyəsində ticarət edilir.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay